
“Sumqayıt”ın futbolçusu Elvin Bədəlov Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”a (Macarıstan) qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
– Macarıstan klublarına qarşı necə oynamaq lazımdır?
– Bizə onların necə oynamağı maraqlı deyil. Rəqibdən asılı olmayaraq öz oyunumuzu oynamalıyıq. Azarkeşləri stadiona dəvət edirəm. Onları sevindirməyə çalışacağıq. Rəqibin bizdən güclü olduğunu fikirləşmirik, özümüzə inanırıq.
– Sabah İsa Suliman zədəli olduğu üçün oynamayacaq. Xaçayevlə tandem çətin olmayacaq?
– Xeyr. Xaçayevlə bir-birimizi başa düşürük, əvvəl də oynamışıq. Sabah daha yaxşı oynamağı düşünürük.
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”
- Roman Qriqorçuk: "Hazırda heç bir derbi haqda düşünmürəm"
- "Milan" gözlənilmədən məğlub oldu
- Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarılıb - FOTO
- Azərbaycanın stolüstü tennis cütlüyü dünya reytinə başçılıq edir - FOTO