Misli Premyer Liqasının XIII turunun "Səbail" - "Turan Tovuz" matçından (1:1) sonra meydan sahiblərinin məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib.
"Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək olaq. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün bir xal bizi sevindirir".
- Hesabı qorumağı bacarmadız. Sizcə, səbəb nədir?
- Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik.
- Davam edəcəksiz?
- Rəhbərliyə təşəkkür edirəm. Bu mikrotskildə bizə kömək, dəstək oldular. Komandanın başına gəldik. Rəhbərlik nə qərar versə, canla-başla razıyam.
- “Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
- “Milan”ın qapıçısı 2 ildən sonra meydana dönür
- “Neftçi”nin yeni transferi: “Burada çempionluqlar qazanmaq istəyirəm”
- “Qarabağ”ın legioneri Fransa klublarının təklifini qəbul etməyib
- “Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirilib