"Neftçi"nin yeni transferi Emil Səfərov "Qəbələ"dən ayrılması və "ağ-qaralar"a keçidi ilə bağlı paylaşım edib.
Apasport.az xəbər verir ki, millinin üzvü instaqram səhifəsində bunları yazıb:
"Salam "Qəbələ" ailəsi. Əziz dostlar, bu gün komandadan ayrılıram. Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə mənimlə birlikdə məşq edən komanda yoldaşlarıma, texniki heyət, məşqçilərə, "Red Black Army" azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. "Qəbələ"dən ayrılmaq mənim üçün çətindir. İnşallah, komanda düşdüyü çətin vəziyyətdən çıxacaq. Daha güclü "Qəbələ" görəcəyik. Hər birinizə çox "sağ ol" deyirəm. Gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə".
Qeyd edək ki, "Neftçi" Emil Səfərovla üç illik müqavilə imzalayıb.
- Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb
- Yüksək Liqa: IX tura bu gün start veriləcək
- Qurban Qurbanov: “Futbolçularım böyük xarakter göstərdilər”
- Azərbaycan Premyer Liqası: XXXV turun təyinatları
- Çeferindən İnfantino ilə bağlı qərar – FIFA prezidentliyinə namizəd olmayacaq