“Bizə çətin idi. Çünki rəqib yaxşı müdafiə olunurdu”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov Millətlər Liqasının qrup mərhələsində Belarus üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.
“Dalğa Arena”da baş tutan qarşılaşmadan sonra “CBC Sport” telekanalına danışan kapitan qrupdakı ilk qalibiyyəti şərh edib: “Hücuma topu az çatdırırdıq. Bir az diqqətli olsaydıq, daha tez qol vura bilərdik. Çoxdan idi qələbə qazana bilmədiyimiz üçün psixoloji cəhətdən problem yaşayırdıq”.
Mahmudov ardıcıl matçlarda iştirak etdiyi üçün yorğun olduğunu etiraf edib: “10 gündə 4 oyun keçirmək çətindir. Bütün matçlarda da iştirak etdim. Qazaxıstana və Serbiyaya səfərlərimiz oldu. Əvvəlki görüşlərdə daha yaxşı vəziyyətdə idim. Yorulsam da, əsas qələbə idi”.
- “Təhsil” ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu - FOTOLENT
- “Qarabağ”ın futbolçusu 4 həftə oynaya bilməyəcək
- Nağı Səfərov: “Dünya çempionatı Azərbaycanda idman bayramına çevriləcək”
- "Qarabağ" – "Şelburn" qarşılaşması bu kanalda
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub