Almaniya təmsilçisi “Kayzerslautern”ə transfer olunan Azərbaycan millisinin hücumçusu Mahir Emreli açıqlama verib.
Apasport.az xəbər verir ki, klubun saytına danışan fovard bunları deyib:
“Kayzerslautern” böyük kollektivdir. Almaniyada karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım. Ötən mövsüm “Nürnberq”in heyətində çıxış edərkən “Kayzerslautern”in stadionunun atmosferi və azarkeşləri ağlımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəm”.
Mahir II Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- “Qəbələ” – “Zirə” oyununda bir qol - VİDEO
- Tedesko: “Komandam “Qalatasaray”la oyunu səbirsizliklə gözləyir”
- "Beşiktaş" - "Makkabi" matçı Bakıda keçiriləcək? - AÇIQLAMA
- Neftçalada aerobika gimnastikası üzrə VIII ölkə çempionatına start verilib