Emreli oynadı, komandası səfərdə xal itirdi
02.04.2023 - 16:42
![Emreli oynadı, komandası səfərdə xal itirdi](https://apasport.az/storage/news/2023/april/02/big/642978e3c51ac642978e3c51ad1680439523642978e3c51aa642978e3c51ab.jpg)
Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Super Liqada növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Konya təmsilçisi XXVI turda səfərdə "Ümraniyəspor"la qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Konyaspor" çempionatda 35 xalla 8-ci sıradadır.
0
0