Türkiyə Kubokunun II turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, hazırda “Fənərbaxça” doğma meydanda “Ərzurumspor”u qonaq edir.
Ev sahibləri 2:0 öndə olduğu matçda 55-70 dəqiqələri arasında 5 futbolçusunu əvəzləyib.
Belə ki, bunlardan 2-si normal dəyişiklik olsa da, 3-ü məcburi olub.
Əvvəlcə “sarı-lacivərdlilər”in heyətində Aleksandr Ciku zədələnərək yerini Dieqo Karlosa buraxıb. 5 dəqiqə sonra isə Karlos zədələnib və Yusuf Akçiçeklə əvəzlənib. Son olaraq isə, Filip Kostiç Yusufun xəsarət almasından sonra meydana çıxıb.
Müdafiəçilərin son vəziyyətinə tibbi kontroldan sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Fənər” 4 gün sonra Super Liqada “Alanyaspor”la üz-üzə gələcək.
- Nuri Şahin Rusiyada işləyə bilər
- Saşa Yunisoğlu: “Səbirsizliklə Çempionlar Liqasında çıxış etməyi gözləyirik" - Müsahibə
- Xüsusi təklif və endirim: UFC həyəcanını Setanta Sportsda yaşayın!
- Mehmet Aurelio “Fənərbaxça”ya qayıtdı - MƏŞQÇİ KİMİ ÇALIŞACAQ
- “Bornmut”un forvardı Premyer Liqada klubunu dəyişə bilər