Fərid Qayıbov Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb - FOTO
08.11.2025 - 13:34
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində səfərdə olub.
Apasport.az xəbər verir ki, nazir noyabrın 7-də atletlər kəndinə baş çəkib, Oyunlarda iştirak edən Azərbaycan idmançıları ilə görüşüb, onların yaşayış, məşq və qidalanma şəraiti ilə maraqlanıb, komandamızın hazırlıq prosesi barədə məlumat alıb.
Fərid Qayıbov idmançılara yarışlarda uğurlar arzulayaraq, yaradılan şəraitin daha da yaxşılaşdırılması ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib.
- Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək
- Millimizdən yenə məğlubiyyət, yenə sonuncu yer
- Şeydayev Türkiyə çempionatında cəzalı duruma düşə bilər
- Azərbaycan Kubokunun finalı: "Sabah" və "Zirə" 31-ci dəfə üz-üzə gələcək
- Şeydayev Tailandda xoşbəxt deyil - Türkiyədən təkliflər var
0
0