Tunisin “Esperans” klubu FIFA tərəfindən cəzalandırılıb.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, adıçəkilən komanda qarşıdakı 3 transfer dönəmində heyətinə oyunçu cəlb edə bilməz.
Buna səbəb “Esperans”ın ilin əvvəlində transfer etdiyi Sabir Buqrin üçün “Neftçi”yə olan borcunu ödəməməsidir. Ali futbol qurumu tunislilərə vaxt qoyub. “Esperans” qısa müddətdə 1,5 milyon dinarlıq (826 min manat) transfer məbləğini Azərbaycan klubuna ödəyərsə, cəza ləğv edilə bilər.
Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin yayından bu ilin yanvarına qədər “Neftçi”nin formasını geyinib.
- Paytaxt derbisini "Neftçi" qazandı - YENİLƏNİB
- Canni de Byazi: “Onlarla rəqabət aparmaq üçün fədakarlıq etməliyik”
- Saşa Yunisoğlu: “Qarabağ”ın oyunçusu olmasaydı, deyərdim ki, mütləq getməlidir” - MÜSAHİBƏ
- Asif Məmmədova 250 nömrəli forması təqdim olunub
- "Zirə"nin futbolçusu Mozambik millisinə dəvət alıb