"Qarabağ"la "Zirə" komandaları arasında baş tutacaq Azərbaycan Kubokunun final oyunundan öncə keçiriləcək mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da başlayacaq.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə 17:30-da jurnalistlər qarşısına çıxacaq. “Qartallar”ın media üçün açıq məşqi saat 18:00-da start götürəcək.
Qeyd edək ki, oyunöncəsi mətbuat konfransları və açıq məşqlər iyunun 1-də, final matçı isə 2-də "Liv Bona Dea Arena"da keçiriləcək.
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
- Premyer Liqa klubunun bombardiri 2 aylıq sıradan çıxdı
- Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida - YENİLƏNİB
- UEFA Rövnəq Abdullayevi İstanbula çağırdı
- Mingəçevirdə daha 4 təmsilçimiz medal qazanıb: 1 qızıl, 1 gümüş, 2 bürünc