“Frayburq”un zədəli futbolçularının durumu açıqlandı
07.09.2022 - 17:33

Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “Frayburq”un zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, macarıstanlı hücumçu Roland Sallai sabah keçiriləcək matçı buraxacaq.
“Bayer”lə matçda (3:2) xəsarət alan futbolçu Bundesliqanın növbəti qarşılaşmasını da buraxacaq. Lakin Sallai əməliyyatı zərurəti yaranmayıb.
Leverkuzenlilərlə oyunda zədə üzündən əvəzlənən Manuel Quldenin durumu isə qənaətbəxşdir. Müdafiəçi sabahkı matçda forma geyinə biləcək.
- “Qalatasaray” ulduz futbolçusu ilə müqaviləni yenilədi
- Nicat Abasov yenidən rusiyalı şahmatçı ilə qarşılaşacaq
- "Neftçi"nin sabiq icraçı direktoru ABF-nin icraçı vitse-prezidenti təyin edilib
- Ancelkoviç: “Neftçi” böyük klubdur, Bakıda komandada oynayacağımı zaman göstərəcək” - MÜSAHİBƏ
- Nelsona 10 milyonluq təklif
0
0