Gəncədə futbola maraq: BİR GÜNƏ MİN BİLET SATILDI
02.09.2026 - 16:41
Gəncədə futbola maraq: BİR GÜNƏ MİN BİLET SATILDI

Misli Premyer Liqasının IV turunda “Kəpəz” “Şamaxı” ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, Gəncə şəhər stadionunda oynanılacaq matça azarkeş marağı böyükdür.

Biletlər bu gün satışa çıxarılıb. Artıq 4 mindən çox bilet satılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, görüş sentyabrın 4-də, saat 20:15-də başlayacaq.