27 yaşlı niderlandlı top klubların hədəfində
20.02.2024 - 13:45
"Şalke"nin futbolçusu Tomas Uvejan Avropanın top klublarının diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi xüsusilə İngiltərə və İtaliya klublarının maraq dairəsindədir.
Niderlandlı oyunçunun yayda Helzenkirhen təmsilçisi ilə müqaviləsinin müddəti bitəcək. Uvejanı heyətə cəlb etmək istəyən komandalar bu fürsətdən istifadə etməyə çalışırlar.
Qeyd edək ki, bu mövsüm 17 matçda meydana çıxan Tomas 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Vize”nin futbolçusu: “Qarabağ”ın "Gent"i keçmək üçün çox yaxşı şansı var” - MÜSAHİBƏ
- Həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq
- Mahir Emrelinin komanda yoldaşından mundialda REKORD
- Mükafatlandırmada futbolçunu öpən federasiya prezidenti istefa verdi
- AFFA-nın yığmaya cəlb etmək istədiyi futbolçu Rusiya millisində
0
0