Haaland mövsümü başa vurdu
01.04.2025 - 00:18
Haaland mövsümü başa vurdu

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə kubokunda “Bornmut”la (2:1) matçda zədələnib.

Apasport.az xəbər verir ki, norveçli matçın 61-ci dəqiqəsində meydanı tərk edib.

“Siti” Erlinq Haalandın sol topuğunun zədələndiyini təsdiqləyib.

İlkin müayinədən keçən futbolçunun cari mövsümü erkən başa vurduğu açıqlanıb. Onun Klubkararası dünya çempionatına qədər komandaya qoşulacağı gözlənilir.