Hakimlərimizə UEFA-dan növbəti təyinat
01.04.2024 - 11:42
![Hakimlərimizə UEFA-dan növbəti təyinat](https://apasport.az/storage/news/2024/april/01/big/660a654f500ab660a654f500ac1711957327660a654f500a7660a654f500a9.jpg)
Qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunda Monteneqronun Podqoritsa şəhərindəki “Gradski Podgorica” stadionunda keçiriləcək Monteneqro – Andorra oyununu Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
5 aprel
18:30. Monteneqro – Andorra
Baş hakim: Fəridə Lütfəliyeva
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Joanna Vassallo (Malta)
“Gradski Podgorica” stadionu.
0
0