Halandın “Mançester Siti”yə keçidi rəsmiləşdi
13.06.2022 - 15:40
Norveç yığmasının və Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halandın “Mançester Siti”yə keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, 2027-ci ilin yayına qədər Premyer Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, Halandın keçidinin razılaşdırılması mayın 10-da açıqlanmışdı. Onun keçidi üçün Almaniya klubuna 75 milyon avro ödənilib. Haland bonuslardan əlavə həftədə 350 min funt sterlinq qazanacaq.
- Final: Argentina üçüncü dəfə dünya çempionu oldu - YENİLƏNİB
- Gəncə Regional Voleybol Klubunun daxili birinciliyi keçirilib
- Məşqçi-müəllimlər üçün onlayn seminarlar keçiriləcək
- Sərxan Hacıyev: “Elmar Məmmədyarov yanlış başa düşüb, komanda sayı dəyişməyəcək"
- Millimizin Ukrayna ilə oyunöncəsi açıq məşqi - FOTO
0
0