I Liqada VII tura yekun vurulub
06.11.2025 - 16:33
I Liqada VII tura yekun vurulub

Futbol üzrə Azərbaycan I Liqasında VII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub. "Şahdağ Qusar" "Şimal"ı, "Zaqatala" isə "Difai"ni məğlub edib.

Qeyd edək kik, turun 3 görüşü dünən keçirilib. "Şəfa" "Mingəçevir"ə, "Baku Sportinq" "Cəbrayıl"a, "Səbail" isə MOİK-ə qalib gəlib.

I Liqa, VII tur

6 noyabr

"Difai" - "Zaqatala" 1:2
Qollar: 
M.Həsənov, 90+1 - H.Abdurəşid, 57, R.Şabanov, 82

"Şahdağ Qusar" - "Şimal" 4:2
Qollar: 
R.Voronsov, 41, M.Məsimov, 81, E.Veysov, O.Fərəcov, 90+5 - İ.Səmədov, 35, F.Nadirov, 55
Qırmızı vərəqə: S.Əlişan, 90+1 ("Şimal")