İdmançımız Türkiyədə qızıl medal qazanıb
20.07.2025 - 22:35
İdmançımız Türkiyədə qızıl medal qazanıb

Türkiyənin Edirne şəhərində 8-ci uşu-sanda üzrə Açıq Balkan-Avrasiya Kuboku keçirilib.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycan idmançısı Şamil Hacızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

80 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz iki türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.