IFFHS açıqladı: Misli Premyer Liqası 41-ci sırada
18.02.2026 - 17:38
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı 50 milli çempionatını açıqlayıb.
Apasport.az xəbər verir ki, IFFHS sihanı tərtib edərkən 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.
Misli Premyer Liqası sıyahının 41-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, ən yaxşı milli çempionat İngiltərə Premyer Liqası hesab olunub. Braziliya A Seriyası 2-ci, İtaliya A Seriyası 3-cü, İspaniya La Liqası 4-cü, Almaniya Bundesliqası isə 5-ci yerdədir. Türkiyə Super Liqası dünyanın ən yaxşı 12-ci milli liqası kimi dəyərləndirilib.
0
0