Türkiyə kubokunun “Başakşehir” - “Ankaragücü” matçında minimal hesablı nəticə qeydə alınıb.
Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda meydan sahibləri çətin qələbə qazanıblar. Birinci hissənin sonunda qırmızı vərəqə alan “Başakşehir” qalib gələ bilib. Qələbə qolu əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurulub.
Mərhələnin digər cütündə isə qapılara qol vurulmayıb. “Sivasspor” – “Fənərbaxça” görüşü 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, cavab qarşılaşmaları mayın 24-25-də keçiriləcək.
“Sivasspor” – “Fənərbaxça” – 0:0
“Başakşehir” - “Ankaragücü” – 1:0
- “Dinamo”nun futbolçusu: “Boqomolski karyerasına gözümün önündə başlayıb” - Müsahibə
- Remi özünə klub tapa bilmədi - karyerasını bitirir
- Musanın komandası qələbəni əldən verdi
- Aleksandr Çertoqanov: "Fransaya qarşı oynamaq çox maraqlı olardı"
- "Mançester Yunayted" Ronaldo ilə yollarını ayırdığını açıqladı