2022/23 mövsümündə İtaliya kubokunun qalibinin adı müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, “İnter” ardıcıl ikinci dəfə kuboku muzeyinə aparıb.
Turnirin həlledici matçında “İnter” və “Fiorentina” üz-üzə gəlib. Romanın “Olimpiya” stadionunda keçirilən oyun “bənövşəyilər” üçün yaxşı başlayıb. Niko Qonsales 3-cü dəqiqədə hesabı açıb. Amma fasiləyədək iki dəfə fərqlənən Lautaro Martines “İnter”in qələbə qollarının müəllifi olub. İkinci hissədə tərəflərin səyləri nəticə verməyib və İnzaginin komandası titula sahib çıxıb.
Qeyd edək ki, “İnter” tarixində 9-cu dəfə İtaliya kubokunun qalibi olub.
- Qurban Qurbanov birlikdə oynadığı ən güclü 3 futbolçunun adını açıqladı
- Ayxan Abbasov: “Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi”
- Emil Mustafayev: "Bu mənim uşaqlıq arzum idi"
- Canni de Byazi: “Heç kim deyə bilməz ki, pis oynadıq”
- Mourinyo onu istəmir: "Fənərbaxça"dan gözlənilməz qərar