İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri "Qarabağ"ın qonağı olublar - FOTO
19.12.2025 - 18:22
İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri "Qarabağ"ın qonağı olublar - FOTO

Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri bu gün "Qarabağ" klubunun qonağı olublar.

Apasport.az xəbər verir ki, görüşdə Ağdam təmsilçisinin baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, baş məşqçimiz Qurban Qurbanov, komandanın üzvləri, həmçinin adıçəkilən məktəbin müəllimləri  iştirak ediblər.

Səmimi və xoş atmosferdə keçən görüş zamanı Qurban Qurbanov və futbolçular şagirdlərlə yaxından ünsiyyət qurub, onlarla xatirə şəkilləri çəkdiriblər.