İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Azərbaycan və Estoniya milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də isə Solnada Estoniya komandasına qarşı keçiriləcək matçlara 24 futbolçu dəvət edib.
Müdafiəçilər: Viktor Johansson, Kristoffer Nordfeldt, Jakob Videll Zettenrström;
Müdafiəçilər: Ludvig Augustinsson, Aleks Duqlas, Qabriel Qudmundsson, İsak Hien, Emil Kraft, Ken Sema, Karl Starfelt, Linus Vahlgren Egnel;
Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lukas Bergvall, Jens Kajuste, Antoni Elanga, Niklas Eliasson, Viktor Qyokeres, Aleksandr İsak, Deyan Kuluşevski, Huqo Larsson, Sebastian Nanasi, Qustav Nilsson, Anton Satetros, Mattias Svanberg.
Azərbaycan – İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
- Avropa Liqası: "Qalatasaray" 3 xalı 4 qolla qazandı - YENİLƏNİR
- Murad Musayevin gedişi ilə bağlı: "Sanki Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib"
- "Qalatasaray"dan futbolçulara jest
- Finala yüksələnlər boksçular müəyyənləşdi - FOTOLENT
- Təbriz Həsənov: “Onlar avrokuboklarda bizi təəccübləndirəcək - MÜSAHİBƏ