Milli komandamız Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində İsveçlə matçda 3-0 hesablı inamlı qələbə qazandı.
Apasport.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Yanne Anderson mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azərbaycan millisindən bu cür oyun və belə hesab gözləyirdiniz?
- Azərbaycan millisi çox yaxşı komandadır. Heyətində fərdi keyfiyyətləri yaxşı oyunçular var. Rəqib oyunun əvvəlində iki asan qol vurdu. Bundan sonra geridönüş etmək çətin idi. Azərbaycan Belçika və Avstriyaya qarşı da yaxşı oynamışdı. Sadəcə bəxt tərəflərində deyildi. Bu gün də hər şey Azərbaycanın istədiyi kimi getdi. Onları təbrik edirəm.
- Futbolçu və baş məşqçi kimi zəngin karyeraya maliksiniz. Azərbaycan millisinin vurduğu üçüncü qolu necə şərh edəcəksiz? Bu cür fantastik qol görmüşdünüz?
- 2017-ci ildə Fransanın qapıçısı Huqo Llorisə 45 metrdən qol vurmuşduq. Çox yaxşı qol idi. Oyunçunun konsentrasiyası, epizodu görməsi..Onu da qol münasibəti ilə təbrik edirəm.
- Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansınız qalsaydı, bu gün başqa cür olardı?
- Mənim üçün fərq etmir. Bu gün biz məğlub olduq. Azərbaycan millisini təbrik edirəm. Onlar buna layiq idi. Mən isə məyusam.
- Nuray Əbilova: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”
- "Qalatasaray" kubok oyununa ciddi itkilərlə çıxacaq
- Aller nəyin xərçəng diaqnozundan ağır olduğunu dedi
- "Fənərbaxça"lı futbolçu AVRO-2024-ün heyətindən kənarlaşdırılıb
- Qarüstü polo komandamız İsveçrədə keçirilən Dünya Kubokunda ikinci yeri tutub