Juninyo komandasına qələbə qazandırdı, matçın ən yaxşısı seçildi - VİDEO
04.04.2025 - 11:39
Cənubi Amerikada Libertadores Kubokunun qrup mərhələsinin oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, C qrupunda "Flamenqo" Venesuelada "Deportivo Taçira"nın qonağı olub.
Qışda "Qarabağ"dan "Flamenqo"ya transfer olunan Olavio Juninyo qarşılaşmada yeganə qola imza atıb. O, 57-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub.
Juninyo qarşılaşmanın ən yaxşı oyunçusu seçilib və xüsusi mükafatla təltif olunub.
- Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə master klass keçiriləcək
- “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” seminarı keçirilib - FOTO
- "Fənərbaxça" Sofyan Amrabat transferini rəsmiləşdirib
- "Qarabağ"ın 10 futbolçusu "CimBom"a qarşı oynamayacaq
- Canni de Byazi: “Eynək taxdım ki, bəlkə millimizə düşər”
0
0