“Kəpəz” 350-yə çatdı
13.04.2026 - 10:36
Misli Premyer Liqasının XXVII turu “Kəpəz” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib.
Bu yubiley “Karvan-Yevlax”la matça təsadüf edib.
“Kəpəz” rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıb. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.
“Kəpəz” çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın hesabında daha çox səfər görüşü var.
- Qurban Qurbanov: “Onların məğlubiyyətləri bizi aldada bilər” - MÜSAHİBƏ
- Boks üzrə ölkə çempionatının açılış mərasimi keçirilib
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- "Qarabağ" və "Neftçi"nin oyunlarına FIFA referiləri təyinat alıb
- Fərid Qayıbov Qambiyanın gənclər və idman nazirini qəbul edib
0
0