"Kəpəz" ilk əcnəbi transferini etdi
07.07.2022 - 09:04
"Kəpəz" ilk əcnəbi transferini etdi

Növbəti mövsümdən yenidən Premyer Liqada çıxış edəcək “Kəpəz” növbəti transferini reallaşdırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gəncəlilər əcnəbi oyunçu ilə heyətini gücləndirib.

Gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariya bölgə təmsilçisi ilə müqavilə imzalayıb. 25 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandası ilə 1 illik sazişə qol çəkib. Son klubu ölkəsində “Telavi” olan Kantariya 2018-ci ildə Gürcüstanın U-21 millisində çıxış edib.

Qeyd edək ki, Giorgi Kantariya “Kəpəz”in yay fasiləsində ilk əcnəbi transferidir. Gəncəlilər ona qədər Tural Axundov, Kamran İbrahimov, Zamiq Əliyev və Elvin Yunuszadəni heyətinə cəlb edib.