"Kəpəz"dən yeni transfer
30.07.2024 - 20:14
!["Kəpəz"dən yeni transfer](https://apasport.az/storage/news/2024/july/30/big/66a9112a61bb466a9112a61bb5172235601066a9112a61bb266a9112a61bb3.jpg)
"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Viktor Braqa heyətə cəlb olunub.
Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır. 23 yaşlı oyunçunun son klubu vətənində D Seriyasından "Aqiya di Maraba" olub.
Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye və İlkin Qırtımovu da transfer edib.
0
0