"Kəpəz"in daha bir legioneri yol üstə
06.01.2023 - 14:08

"Kəpəz" daha bir legioner ilə yollarını ayıra bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi iranlı Peyman Keşavarzidən sonra gürcüstanlı Mixeil Erqemlidzeni də komandada saxlamaq niyyətində deyil.
Yayda "Sabah"dan "Kəpəz"ə keçən futbolçu ilə bağlı yekun qərar bu günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, Erqemlidze bu mövsüm Gəncə klubunda 14 oyunda meydana çıxıb və 2 qol vurub.
- "Sabah" və "Azərlotereya"dan əyləncəli “Beşdə5” müsabiqəsi
- “Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
- “Zirə” “Havr”ın futbolçusunu transfer etdi
- Emin Mahmudov: “Psixoloji cəhətdən problem yaşayırdıq”
- Aslan Kərimov: “Qarabağ” "Gent"lə oyunlara Musa ilə çıxıb, qalib də gələ bilər” - MÜSAHİBƏ
0
0