İki illik DİSKVALİFİKASİYA
30.03.2023 - 17:05
“Hamburq”un futbolçusu Mario Vuşkoviç cəzalanıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 2 illik diskalifikasiya olunub.
21 yaşlı xorvatiyalı antidopinq qaydalarını pozduğu üçün belə ağır cəzaya məruz qalıb. Onun qanında eritropoetin aşkarlanıb.
Mario 2022-ci ilin noyabrında araşdırma başa çatana qədər futboldan kənarlaşdırılmışdı. Almaniya Futbol İttifaqı təxminən 5 aydan sonra yekun qərarını verib. Futbolçu 2024-cü il noyabrın 14-dək futboldan kənar qalacaq.
Qeyd edək ki, “Hayduk”dan transfer olunan futbolçu 18 matçda 2 qol vurub.
- Sultanov Şeydayevi qınadı: “Əlbəttə, pula önəm verir”
- Azərbaycanlı nümayəndələr avrokuboklara təyinat aldı
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- “Əl-Hilal”dan 60 milyonluq transfer
- Avropa çempionatı: Badminton millimizin oyunlarının təqvimi açıqlanıb
0
0