“Olimpiakos” Avropa Liqasının III turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi ciddi problemlərlə üzləşib.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Pirey təmsilçisi, xüsusən də, hücum xəttində sıxıntı yaşayır.
Sedrik Bakambunun Avropa Liqası üçün sifariş olunmaması, Yussef el-Arabinin isə zədələnməsi baş məşqçi Miçelin planlarını pozub. Həmçinin Hvan Ui-Jonun da durumu qeyri-müəyyəndir. İspaniyalı mütəxəssisin hazırda sərəncamındakı yeganə forvard Abubakar Kamaradır. Ancaq çalışdırıcı mavritaniyalıya güvənmir.
Bu səbəbdən Miçel “Qarabağ”la qarşılaşmada pleymeyker Pep Bieli gizli “9 nömrə” kimi oynatmağı planlaşdırır.
Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- “Sea Breeze 2026”da bürünc medalın sahibi müəyyənləşib
- Azərbaycan çempionatında I turun oyun cədvəli məlum oldu
- Messinin atası Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır?
- Bakıda keçiriləcək UFC turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gələcək
- "Fənərbaxça" heyətini 65 milyon avroluq hücumçu ilə gücləndirəcək