"Zirə" yüksək dəstədə 200-cü ev qolunu vurub
01.09.2025 - 10:47
“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü ev qolunu vurub.
Apasport.az xəbər verir ki, bu topa Yeqor Boqomolski imza atıb.
Belaruslu hücumçu Misli Premyer Liqasının III turunun “Kəpəz”lə görüşündə (5:0) fərqlənib. Bakı klubu turnirdəki 154-cü ev sınağında vurulan qol sayını 201-ə də çatdırıb.
Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk ev qolunu 2015-ci il avqustun 9-da AZAL-la görüşdəki yeganə topun müəllifi olan Viktor İqbekoyi vurub.
- Millimizin sabiq forvardı: “Azərbaycan millisi daim qol imkanları yaratmalı, qol vurmalıdır”
- Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı
- Hüseyn Məhəmmədov “Neftçi”də problemin səbəbkarını açıqladı - MÜSAHİBƏ
- "Bunu etsə-etsə "Qarabağ" edər" - Avropa kuboku Azərbaycana gəlməlidir
- “Milan” 17 yaşlı qapıçı ilə müqavilə imzaladı
0
0