“Kəpəz”in kapitanı bəlli olub
17.08.2025 - 14:50

Yeni mövsüm üçün "Kəpəz"in kapitanı bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın əsas kapitanı Əli Səmədov olacaq.
Ötən ildən Gəncə təmsilçisinin şərəfini qoruyan Mahamadu Ba və Luis Paçu isə vitse-kapitanlar kimi sarğını daşıyacaqlar.
0
0