Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
20.11.2024 - 14:14
Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar.
Apasport.az xəbər verir ki, onlar Türkiyənin İğdır şəhərində keçirilən muay tay üzrə beynəlxalq turnirdə fərqləniblər.
Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 60 idmançı mübarizə aparıb.
Azərbaycanı Namiq Musayevin rəhbərliyi altında Naxçıvan Kikboksinq Federasiyasının 7 idmançısı təmsil edib. Təmsilçilərimizdən 4-ü qızıl, 3-ü gümüş medala yiyələnib,
Amin Nəcəfov, Uğur Məmmədli, Hüseyn Həsənov və Ramazan Babayev birinci, Tural Səfərli, Yusif Məmmədov və Şahin Qəribov ikinci yeri tutub.
- Ayxan Abbasov: "Belajdi Pusinin transferi bəzi problemlərimizi həll etməyə kömək olacaq"
- “Neftçi”nin heyəti bəlli oldu
- Türkiyəli məşqçidən gözlənilməz qərar: "Santyaqo Bernabeu"da məşq etməyəcəklər
- "Neftçi" camiəsinin bütövləşmə zamanıdır” – Tahir Süleymanov yazır
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
0
0