Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”lə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu fevralın 21-də Belçikaya yollanacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komandanı Gentə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Bu vacib qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.
Fevralın 22-də Bakı vaxtı ilə saat 21:30-da isə Qurbanovun mətbuat konfransı başlayacaq. “Qarabağ” bundan yarım saat sonra matçın keçiriləcəyi "Gent" stadionunda ilk 15 dəqiqəsi media üçün açıq məşqinə çıxacaq.
Qeyd edək ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.
- Faiq Hacıyev: “Oyunumuzda inkişaf hiss edilir”
- Günay Məmmədzadə: "Qevorqyan üzərində qələbə medal qazanmağımda rol oynadı"
- Elvin Məmmədov: “Bir xal bizi sevindirir”
- Qurban Qurbanov: “Maksimum çalışmalıyıq ki, “Molde”ni səhvə məcbur edək” - MÜSAHİBƏ
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb