Könül Mehdiyeva UEFA-dan təyinat alıb
04.02.2025 - 20:20
![Könül Mehdiyeva UEFA-dan təyinat alıb](https://apasport.az/storage/news/2025/february/04/big/67a23e6293f6067a23e6293f61173868605067a23e6293f5e67a23e6293f5f.jpeg)
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Fevralın 11-də Antalyada yerləşən “Arslan Zəki Dəmirci İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
0
0