Krakov-2023: Əliəkbərov 10-cu oldu
22.06.2023 - 15:36
Krakov-2023 III Avropa Oyunları çərçivəsində keçirilən atletika üzrə komandalararası qitə çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, III divizionda çıxış edən Azərbaycan yığmasının daha bir üzvü qaçış zolağına çıxıb.
Kişilərin 200 m məsafəyə qaçışında Aleksey Əliəkbərov mübarizə aparıb. B qrupunda yer alan təmsilçimiz finişə 22,25 saniyəyə çatıb.
O, “altılıq”da 2-ci olub. Aleksey yekunda 10-cu yeri tutub.
Qeyd edək ki, III divizionda yarışlara bu gün yekun vurulacaq.
- Millimizin futbolçusu Bolqarıstanla matçı buraxacaq
- "Bayern" evdə xal itirdi, "Volfsburq" yenə darmadağın etdi
- "Məncə, nəticə belə olmalı deyildi, bu cür oyunları uduzmalı deyilik" - MÜSAHİBƏ
- Ronaldo “Yuventus”u məhkəməyə verir - SƏBƏB
- II Liqa: “Şahdağ Qusar” çempionluğa daha bir addım atdı - YENİLƏNİB
0
0