![Krunoslav Renduliçin mətbuat konfransı olacaq](https://apasport.az/storage/news/2024/july/29/big/66a7bf7c0b40166a7bf7c0b402172226956466a7bf7c0b3ff66a7bf7c0b400.jpg)
Konfrans Liqası II təsnifat mərhələsinin “Sabah” - "Makkabi" matçından öncə mətbuat konfransları və məşqlərin vaxtı məlumdur.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı iyulun 31-də saat 17:30-da, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da olacaq.
Rəqib komandanın oyunöncəsi mətbuat konfransı iyulun 31-də saat 20:00-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:30-da başlayacaq.
Hər iki mətbuat konfransı və məşqlər “Bank Respublika Arena”da baş tutacaq.
Qeyd edək ki, "Sabah" - "Makkabi" görüşü 1 avqust tarixində saat 20:00-da start götürəcək.