Laporta Mavi zonanı ziyarət edib
16.11.2024 - 18:29
![Laporta Mavi zonanı ziyarət edib](https://apasport.az/storage/news/2024/november/16/big/6738b4dfed6636738b4dfed66417317695676738b4dfed6616738b4dfed662.jpg)
"Barselona" klubunun prezidenti Xuan Laporta artıq Bakıdadır.
Apasport.az xəbər verir ki, o, paytaxtda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda yerləşən Mavi zonanı ziyarət edib.
Kataloniya klubunun rəsmisi Mavi zonadakı pavilyonlarla tanış olub və oradakı insanlarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, COP29 Bakıda noyabrın 11-dən start götürüb.
0
0