“Lester”in Meddison planı
01.05.2023 - 14:43
Ceyms Meddison “Lester”in heyətində son mövsümünü keçirir.
Apasport.az xəbər verir ki, klub yayda futbolçunun transferinə “yaşıl işıq” yandıracaq.
İngiltərə Premyer Liqasında işləri qaydasında getməyən “Lester”in rəhbərliyi bu addımı atmaqla maliyyə itkilərini sığortalamaq istəyir. Hazırda klubun 92,5 milyon funt büdcə kəsiri yaranıb. Meddisonun transfer qiyməti 45-60 milyon funt sterlinq dəyərləndirilir.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi ilə “Mançester Yunayted”, “Nyukasl” və “Tottenhem” kimi klublar maraqlanır.
- "Qarabağ" Konfrans Liqasının bir addımlığında - YENİLƏNİB
- Tərlan Əhmədov yoxsa Adil Şükürov? - "Səbail" üçün namizədlər
- “Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb
- Krunoslav Renduliç: "Klublara deyə bilmərəm ki, rəqibləri stimullaşdırmayın"
- "Qarabağ"ın Romao planı
0
0