Lukaku millidən kənarlaşdırılıb
25.03.2026 - 23:43
"Napoli"nin hücumçusu Romelu Lukaku Belçika milli komandasının heyətindən kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
32 yaşlı forvard zədədən sonra formasını yaxşılaşdırmaq üçün klubun Neapoldakı bazasında məşqlərini davam etdirəcək. Lukaku bu mövsüm "Napoli"nin heyətində cəmi 7 matçda meydana çıxıb və 1 qol vurub.
Qeyd edək ki, Belçika yığması iki yoldaşlıq oyunu keçirəcək. "Qırmızı şeytanlar" martın 28-də ABŞ seçməsi ilə, aprelin 1-də isə Meksika ilə qarşılaşacaq.
- Azərbaycan parabadmintonçuları dünya çempionatında mübarizə aparacaqlar
- "UFC-329"da möhtəşəm döyüş gecəsi: Makqreqor, Hollovey, Pimblett, Sen-Denis!
- Kukuryella "Barselona"ya qayıdır: "ÇELSİ"DƏ İŞLƏR YOLUNDA GETMİR
- Cəlalın komandasından ardıcıl ikinci qələbə
- Azərbaycanlı NBA məktəbinə qəbul oldu - FOTO
0
0