![Mahirin komandası AEK-lə bacarmadı](https://apasport.az/storage/news/2023/august/16/big/64dbe27c4729364dbe27c47294169213196464dbe27c4729164dbe27c47292.jpg)
Yığmamızın üzvü Mahir Emrelinin komandası Çempionlar Liqasında uduzub.
Apasport.az-ın məlumatına görə, “Dinamo” Zaqrebdə AEK-ə 1:2 hesabı ilə məğlub olub.
Oyuna meydan sahibləri yaxşı daha başlayıblar. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan “Dinamo” üstünlüyünü qoruya bilməyib. Qonaqlar iki qol vuraraq, vacib qələbə qazanıblar. Mahir matçın 46-cı dəqiqəsində meydana daxil olub və komandasının məğlubiyyətində iştirak edib.
Qeyd edək ki, komandalar arasında bir həftə əvvəl keçirilməli olan ilk oyun azarkeşlər arasındakı dava üzündən təxirə salınmışdı. Qarşılaşma avqustun 19-da baş tutacaq.