Koray Günter vətənində
27.01.2024 - 23:53
![Koray Günter vətənində](https://apasport.az/storage/news/2024/january/27/big/65b55ca251e7065b55ca251e71170638454665b55ca251e6e65b55ca251e6f.jpg)
“Lokomotiv”in(Moskva) transfer etmək istədiyi Koray Günter “Verona”dan ayrılaraq Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, Rusiya klubuna keçmək istəməyən müdafiəçi “Fatih Karagümrük”lə anlaşıb.
O, 2024-cü il iyunun 30-na qədər Superliqa klubunda icarə əsasında oynayacaq.
“Borussiya”nın (Dortmund) yetirməsi buna qədər "Qalatasaray", "Cenoa" və "Sampdoriya" klublarında çıxış edib.
0
0