
“Özüm haqqında deyə bilmərəm, amma Ramili “Zenit”də lazımınca qiymətləndirmədilər”
Apasport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın qapçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına müsahibəsində deyib.
Təcrübəli qapıçı bildirib ki, sabiq komanda yoldaşı Ramil Şeydayev “Zenit”də daha da inkişaf edə bilərmiş: “Burada Ramili çox sevirlər. Şeydayev çox ciddi futbolçudur və ona güvənmək lazımdır. O, Azərbaycanda daha yaxşı çıxış etdi və əminəm ki, Ramil daha yüksük səviyyəyə qalxmaq imkanına malikdir. Məncə, Şeydayev potensialının 50-60 faizini göstərə bildi”.
Qeyd edək ki, Ramil “Zenit” futbol akademyasının yetirməsidir və əsas heyətdə cəmi 5 oyun keçirib.
- Zamiq Əliyev Albaniya Superkubokunun qalibi oldu
- Konfrans Liqası: “Çelsi” çempion - YENİLƏNİB
- Regekampf: "Pul mövzusu olsaydı, bu gün burada olmayacaqdım" - MÜSAHİBƏ
- Miro Varvodiç: “Mahir Emreli haqda ilk günkü fikrim hələ də dəyişməyib"
- Millinin baş məşqçisi: “Daha yaxşı nəticə üçün mübarizə aparacağıq”