Məşqçilərimiz UEFA-nın seminarında
04.11.2024 - 22:51
![Məşqçilərimiz UEFA-nın seminarında](https://apasport.az/storage/news/2024/november/04/big/672908f7c291d672908f7c291e1730742519672908f7c291b672908f7c291c.jpg)
UEFA-nın təşkilatçılığı ilə Şimali İrlandiyanın paytaxtı Belfastda qapıçılar üzrə məşqçilərin seminarı keçirilir.
Apasport.az xəbər verir ki, seminarda AFFA-nın təlimatçıları Faiq Əzizov və Üzeyir İbrahimov iştirak edirlər.
Bunu qurumun mətbuat xidməti açıqlayıb. Yarış noyabrın 6-dək davam edəcək.
Qeyd edək ki, ilk belə seminar 2023-cü ilin aprel ayında Polşanın Qdansk şəhərində təşkil olunub.
0
0