Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
21.07.2025 - 10:48
Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO

Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə Milli Mətbuat Gününün 150 illiyinə həsr olunan yoldaşlıq oyunu keçirilib.

Apasport.az xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan görüşdə ölkə futbolunun veteranları ilə idman jurnalistlərindən ibarət komanda qarşılaşıb. Tədbirdə tanınmış jurnalistlər, veteran futbolçular və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dostluq şəraitində keçən oyun mətbuat və idman sahələri arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb. Tədbir çərçivəsində jurnalistlər təbrik olunub və xatirə fotoları çəkilib.