
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə uğursuz start götürüb.
Apasport.az xəbər verir ki, milli ilk oyunda Serbiya komandasına 5:1 hesabı ilə uduzub.
Qrup oyunlarına ev sahibliyi edən Serbiya meydan amilindən maksimim istifadə edib. 4-cü dəqiqədə hesabı açan serblər sonra daha 4 qol vurublar.
Qrupun digər matçında Sloveniya və Lüksemburq üz-üzə gəliblər və komandalar hərəyə bir qol vurublar. Millimiz növbəti oyunda sloveniyalı rəqibləri ilə qarşılaşacaqlar.
AVRO-2025, seçmə mərhələ
4-cü qrup
Serbiya U-17 – Azərbaycan U-17 – 5:1
Qollar: Rankoviç, 4. Mladenoviç, 26; 29. Kostiç, 69 (pen.). Bayramoviç, 87 – Bubanya, 11 (öz qapısına)
- Konfrans Liqası: IV turun OYUNLARI
- Arif Əsədov: "Vinisiusun ulduz futbolçu profili daha parlaqdır"
- Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
- AGF xalq pəhləvanının adını daşıyan idman klubunu zəruri inventarla təmin edib
- "Neftçi"nin prezidenti: “Regekampfın taleyi finaldan asılı deyil”