Milli Paralimpiya Komitəsində yeni təyinat olub
05.06.2024 - 15:29
![Milli Paralimpiya Komitəsində yeni təyinat olub](https://apasport.az/storage/news/2024/june/05/big/66604a319e5dc66604a319e5dd171758648166604a319e5da66604a319e5db.jpg)
Milli Paralimpiya Komitəsində (MOK) yeni təyinat olub.
MOK-un mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, Toğrul Rəhimov qurumun baş katibi vəzifəsini icra edəcək.
Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış T.Rəhimov 2000-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda mühüm vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.
0
0