Millimiz 1/4 final matçına çıxacaq
06.06.2024 - 09:11
![Millimiz 1/4 final matçına çıxacaq](https://apasport.az/storage/news/2024/june/06/big/6661462ee16a56661462ee16a617176509906661462ee16a36661462ee16a4.jpg)
Azərbaycanın minifutbol millisi bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 1/4 final matçına çıxacaq.
Apasport.az xəbər verir ki, milli komanda bu mərhələdə Qazaxıstanla qarşılaşacaq. Matç saat 19:00-da start götürəcək.
Elşad Quliyevin yetirmələri növbəti qələbəni qazanaraq yarımfinala yüksəlməyə çalışacaqlar.
Qeyd edək ki, millimiz qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.
0
0