Taekvondoçularımız İsveçrəyə yollanıblar
05.09.2025 - 12:17
Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri “Swiss Open” beynəlxalq turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu məqsədlə yığmamız İsveçrənin Sanqt-Qallen şəhərinə yola düşüb.
Yarışda böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, məşqçi Günay Zeynalovanın rəhbərliyi altında ölkəmizi 8 taekvondoçu təmsil edəcək.
Qeyd edək ki, turnirə sentyabrın 8-də yekun vurulacaq.
- Qara Qarayev: “Özümdən heç vaxt razı olmayacağam”
- "Turan Tovuz" evdə 25-ci qələbəsini qazandı: 30-cu komanda oldu
- Rauf Əliyev: "Almaniya klubları heç kimi bağışlamır" - MÜSAHİBƏ
- Azər Bağırov: "Hələ hər şey qabaqdadır"
- 2025/2026 mövsümündə Misli Premyer Liqası, I və II Liqa oyunlarının hakimləri təsdiqlənib
0
0